...

Azərbaycan Diplomatik Akademiyası 2015-2016-cı illərdə tələbələrin sayını on dəfə artıracaq - Hafiz Paşayev

Nəzər nöqtəsi Materials 9 Sentyabr 2011 16:26 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyası (ADA) 2015-2016-cı illərdə tələbələrin sayını 1500-dək artırmağı planlaşdırır.
Azərbaycan Diplomatik Akademiyası 2015-2016-cı illərdə tələbələrin sayını on dəfə artıracaq - Hafiz Paşayev

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Diplomatik Akademiyası (ADA) 2015-2016-cı illərdə tələbələrin sayını 1500-dək artırmağı planlaşdırır. Trend-in məlumatına görə, bunu cümə günü xarici işlər nazirinin müavini, Akademiyanın rektoru, akademik Hafiz Paşayev deyib.

Onun sözlərinə görə, Akademiya cari tədris ilində 36 tələbəni magistraturaya qəbul edib ki, onların 30 faizi xarici vətəndaşlardır.

Rektor bildirib ki, ADA bu il ilk dəfə olaraq bakalavr dərəcəsi üzrə tələbə qəbul edib. Qəbul olunan 60 tələbənin hamısı imtahanlarda ən yüksək balları toplayıblar.

Hazırda ADA-da tədris üç əsas istiqamətdə aparılır: beynəlxalq əlaqələr, konfliktologiya və biznes-idarə. Yeni binaya köçəndən sonra Akademiya ixtisasların sayını artırmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti