...

İRAD: Azərbaycana xaricdən gələn həkimləri heç öz ölkəsində tanıyan yoxdur

Nəzər nöqtəsi Materials 1 İyun 2017 15:48 (UTC +04:00)
Azərbaycana xaricdən gələn həkimləri heç öz ölkəsində tanıyan yoxdur.
İRAD: Azərbaycana xaricdən gələn həkimləri heç öz ölkəsində tanıyan yoxdur

Bakı İlhamə İsabalayeva - Trend:

Azərbaycana xaricdən gələn həkimləri heç öz ölkəsində tanıyan yoxdur.

Trend-in məlumatına görə, bunu Azərbaycanın baş endokrinoloqu, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rafiq Məmmədhəsənov komitənin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, bu cür xaricdən gələn həkimlərin düzgün aparmadıqları müalicə nəticəsində sonradan xəstələrin səhhətində ciddi problemlər ortaya çxır.

R.Məmmədhəsənov əlavə edib ki, belə xəstələri sonradan Azərbaycanın öz həkimləri müalicə etməli olurlar: “Elə xəstəliklər var ki, onlar ömürlük olur. Ancaq bəzi həkimlər həmin xəstələrə hansısa dərmanı yazır və deyirlər ki, bunu qəbul et, bir həftəyə sağalacaqsan. Bu hamısı biznes maraqlarından irəli gəlir. Onlar bununla dərmanları reklam edir, əhalinin məlumatsızlığından istifadə edirlər. Bu səbəbdən cərimələri daha da artırmaq lazımdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti