...

Dilçilik İnstitutunun direktoru: Dilimizdə əcnəbi sözlərdən yersiz istifadə əsas problemlərdəndir

Nəzər nöqtəsi Materials 20 Fevral 2019 11:31 (UTC +04:00)
Bu gün dilimizdə əcnəbi sözlərdən yersiz olaraq istifadə edilməsi əsas problemlərdəndir
Dilçilik İnstitutunun direktoru: Dilimizdə əcnəbi sözlərdən yersiz istifadə əsas problemlərdəndir

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün dilimizdə əcnəbi sözlərdən yersiz olaraq istifadə edilməsi əsas problemlərdəndir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi-praktik konfransda çıxış edərkən deyib.

M.Nağısoylu bildirib ki, 2001-ci ildən bütün dünyada Beynəlxalq Ana Dili Günü qeyd olunur: "Sovet dövründə ana dilimizin Azərbaycan dili olduğu bildirilsə də, dövlət idarələrində rəsmi olaraq bu dil deyil, rus dili işlənirdi. Dilimiz ölü dillər siyahısına düşürdü, çünki dilimiz rəsmi olaraq işlənmirdi, sənədlər də bu dildə yazılmırdı. Müstəqillik qazandıqdan sonra Azərbaycan dili rəsmi dövlət dili elan olundu. Lakin bu yalnız kağız üzərində qalmadı, ana dilimiz dövlət idarələrində işlənməyə başlandı".

Akademikin sözlərinə görə, Azərbaycan dili dünyanın ən rəvan dillərindən biridir.

Dilin qoruyucusunun xalq olduğunu nəzərə çatdıran M.Nağısoylu əlavə edib ki, əgər hər kəs bilsə ki, anası ona beşikdə laylanı ana dilində oxuyub, onda uşaqlıqdan öz ana dilini sevəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti