...

Rusiyalı ekspert: Ermənistan rəhbərliyi bilir ki, Azərbaycan heç vaxt Qarabağdakı silahlılarla danışıqlara getməyəcək

Nəzər nöqtəsi Materials 29 Mart 2019 17:21 (UTC +04:00)
Ermənistan rəhbərliyi bilir ki, Azərbaycan heç vaxt Qarabağdakı silahlılarla danışıqlara getməyəcək.
Rusiyalı ekspert: Ermənistan rəhbərliyi bilir ki, Azərbaycan heç vaxt Qarabağdakı silahlılarla danışıqlara getməyəcək

Bakı. Mətanət Nəsibova - Trend:

Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesinə “üçüncü tərəf”in - Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələrinin qatılması barədə açıqlamaları Ermənistanın daxili auditoriyası üçün nəzərdə tutulub.

Bunu Trend-ə rusiyalı ekspert, ictimai xadim və publisist Dmitri Verxoturov deyib.

Onun fikrincə, N.Paşinyanın bu mövqeyinin bir neçə aspekti var: “Bu, ilk baxışdan göründüyü kimi, elə də sadə məsələ deyil. Birincisi, bu, qəbul edilməsi mümkün olmayan şərtlər irəli sürməklə danışıqlar prosesini sonsuzadək uzatmaq üsuludur. İkincisi, əlbəttə ki, bu, Ermənistandaxili populizmdir və daxili auditoriyaya hesablanıb. Paşinyan hakimiyyətdə olduğu müddətdə özünü kifayət qədər populist siyasətçi kimi göstərib. Üçüncüsü isə, Yerevandakı diplomatlar nəyə ümid edir? Hesab edirəm ki, onlar onsuz da danışıqların vəziyyətindən xəbərdardır. Onlar bilirlər ki, Azərbaycan heç vaxt Qarabağdakı silahlılarla danışıqlara getməyəcək”.

Ekspert bildirib ki, Ermənistanın danışıqlar masasına üçüncü tərəfi cəlb etmək cəhdləri müəyyən planı əks etdirir:

“Ermənistan ərazilərin işğalını “qanuniləşdirmək” üçün bütün səylərini ortaya qoyur və prinsipcə, bu niyyətini heç vaxt gizlətməyib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti