...

Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə üzvlüyü və əldə edilən dividendlər

Nəzər nöqtəsi Materials 20 Sentyabr 2019 11:52 (UTC +04:00)

Bakı. Trend:

Müstəqil Dövlətlər Birliyi (MDB) 8 dekabr 1991-ci ildə Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair Saziş” əsasında təsis edilmişdir. 20 sentyabr 1993-cü ildə Milli Məclis MDB-yə qoşulmağa dair sazişi ratifikasiya etmişdir.

1993 cü ilin ikinci yarısından başlayaraq Azərbaycanın daxili və xarici siyasəti mühüm dəyişikliklər astanasında idi. İş orasındadır kı, Azərbaycan Respublikası müstəqillik əldə etdiyi ilk 3 ildə bir çox çağırışlarla üz-üzə qalmışdı. O zaman siyasi hakimiyyətin xarici siyasətdə buraxdığı bir sıra səhvlər milli dövlətçiliyimizin sual altına salınmasına belə gətirib çıxarmışdı. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkənin mənafelərinin qorunmasına yönələn əməli dəyişikliklər edildi. İlk növbədə, müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Qərbə inteqrasiya və Rusiya ilə, türkdilli dövlətlərlə, müsəlman dünyası ilə əlaqələrinin yaxın dövr üçün prioritetləri, istiqamətləri, aparıcı strategiyası müəyyənləşdirildi. Bununla da müstəqil Azərbaycan balanslı və çoxvektorlu xarici siyasət yürütməyə başladı.

Heydər Əliyev Cənubi Qafqaza ən böyük təsir imkanlarının Rusiyada olduğunu nəzərə alaraq özünün ilk səfərlərindən birini məhz Moskvaya etdi. Paralel olaraq ölkənin MDB yə daxil olmasına start verilmişdi. MDB yə daxil olmaq isə, Rusiya ilə münasibətlərin təkmilləşdirilməsi demək idi. Gəlin yaddan çıxarmayaq kı, beynəlxalq münasibətlərdə liberal nəzəriyyənin beynəlxalq təşkilatların guya kı, neytral statusda fəaliyyət göstərdiklərini dediklərinə baxmayaraq, əslində bu və digər hər bir beynəlxalq təşkilatların arxasında qlobal gücün dayandığını inkar etmək mümkün belə deyil. Beləliklə, Heydər Əliyevin Moskvaya səfəri oradakı siyasi elitanın nə dərəcədə ermənipərəst siyasət yürütməsinə baxmayaraq Rusiya ilə olan gərgin münasibətlərimizi xeyli yumşaltdı və onlara yeni çalarlar qatdı.

Milli Məclis hələ 21 dekabr 1991-ci ildə Azərbaycan, Ermənistan, Moldova, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Rusiya, Ukrayna, Belorusiya arasında imzalanmış sazişi yalnız və yalnız 24 sentyabr 1993-cü il tarixində ratifikasiya etdi. Bununla da, rəsmi Bakı MDB çərçivəsində Ermənistanın antiAzərbaycan siyasətini sıxışdırmış oldu.

Yaddan çıxarmaq olmaz kı, düz bir il sonra sentyabrın 20-si ölkəmiz Xəzərdəki enerji yataqlarının əsasən Qərb şirkətlərinə verilməsi, Xəzər hövzəsi enerji yataqlarının gələcəkdə Avropaya daşınmasının əsasını qoyan Əsrin müqaviləsini imzalayacaqdı.

Hələ o zaman Azərbaycanın MDB yə üzvlüyünü təhlükəli bir hal kimi qələmə verirdilər. Lakin, zaman göstərdi ki, əksinə, Bakı MDB yə üzv olmaqla xarici vektorlar arasındakı duruma tarazlıq gətirərək ölkə müstəqilliyinin qorunmasına, onun gələcək inkişafına nail olmağı bacardı. MDB yə üzvlük yuxarıda sadaladığım geosiyasi amillərlə yanaşı, iqtisadiyyat, hümanitar, mədəniyyət kimi sahələrdə Azərbaycana dividendlər gətirdi.

Bu gün Azərbaycan da daxil olmaqla MDB yə üzv olan dövlətlərin birlik daxili fəaliyyətləri müstəqil dövlətlərin könüllü və bərabərhüquqlu əsasda yaratdığı hökumətlərarası qurum olduğunu və həmin ölkələr arasında iqtisadi, siyasi, sosial, mədəni əməkdaşlığa şərait yaradan bir subyekt rolunu icra etdiyini təsdiqləyir.

Azərbaycan bir sıra təşkilatlarda olduğu kimi MDB çərçivəsində də aktiv fəaliyyətlə məşquldur və qurumun yaratdığı perspektivlərdən yararlanmaqdadır. Azərbaycan Ermənistandandan başqa hər bir MDB yə üzv dövlət ilə səmimi dostluğa və qarşılıqlı maraqlara əsaslanan ikitəfərli münasibətlərə malikdir ki, bu da Ermənistanın bu platforma daxilində imicinə zərbə vuran böyük amil kimi çıxış edir. Təsadufi deyil ki, bu gün MDB nin üzvü olan Belorusiya və Qazaxıstan liderləri açıq-aşkar şəkildə Ermənistan qarşısında sərgilədikləri sərt mövqeni Yerevanın işğalçılıq siyasəti ilə əlaqələndirirlər.

Beləliklə, MDB yə üzvlük tarixçəmiz bu illər ərzində göstəmiş oldu ki, 26 il əvvəl sentyabrın 20 sində Azərbaycan xarici vektorda mühüm dəyişikliklər edərək gələcək uğurların əsaslarından birini qoymuşdur.

Zaur Məmmədov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti