Azərbaycan, Bakı, 14 may /Trend, müxbirlər E.Mehdiyev, V.İmanov/
"Bakı Kristal Zalı" Avropanın ən gözəl səhnələri ilə müqayisə olunacaq bir səviyyədədir. Trend-in məlumatına görə, bunu "Bakı Kristal Zalı"nda ilk məşqdən sonra keçirdiyi mətbuat konfransında Danimarkanın "Eurovision 2012" təmsilçisi Soluna Samay deyib.
İlk dəfə beş yaşında səhnəyə çıxdığını deyən Danimarka təmsilçisi Avropanın əksər səhnələrində mahnılar səsləndirdiyini bildirib.
O, "Eurovision 2012" mahnı müsabiqəsində iştirak etməkdən məmnun olduğunu və Bakı yarışmasının yüksək səviyyədə təşkil edildiyini bildirib.
Azərbaycanı çox sevdiyini vurğulayan Samay Bakının Xəzər dənizinin sahilində yerləşməsinin paytaxtımıza daha bir gözəllik bəxş etdiyini diqqətə çatdırıb.