...

İslandiya təmsilçiləri "Eurovision"da növbəti dəfə iştirak etməyəcəklər (FOTO)

Eurovision-2012 Materials 23 May 2012 03:04 (UTC +04:00)
"Eurovision 2012" mahnı müsabiqəsinin mayın 22-də keçirilən I yarımfinalında uğur qazanaraq finala vəsiqə əldə edən və bu müsabiqəyə artıq ikinci dəfə qatılan İslandiyanın "Mundu Eftir Mér" qrupu (Qreta Salome & Yonsi) hələlik "Eurovision"da növbəti dəfə iştirak planlarının olmadığını bildirib.
İslandiya təmsilçiləri "Eurovision"da növbəti dəfə iştirak etməyəcəklər (FOTO)

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İsabalayeva/

"Eurovision 2012" mahnı müsabiqəsinin mayın 22-də keçirilən I yarımfinalında uğur qazanaraq finala vəsiqə əldə edən və bu müsabiqəyə artıq ikinci dəfə qatılan İslandiyanın "Mundu Eftir Mér" qrupu (Qreta Salome & Yonsi) hələlik "Eurovision"da növbəti dəfə iştirak planlarının olmadığını bildirib. Trend-in məlumatına görə, bunu qrup üzləri çərşənbə günü yarımfinaldan sonra keçirilən mətbuat konfransında deyib.

Onlar ifa etdikləri mahnının insanlar tərəfindən sevildiyi üçün təşəkkür ediblər.

"Bu mahnı şən deyil, amma heç bədbin də deyil. Mahnımız sevgi və ümiddən bəhs edir. Buna görə də insanlar onu sevir", - qrup üzvləri deyib.

"Mundu Eftir Mér" qrupu finalda 7-ci yerdə çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti