...

Trend BİA "Eurovision 2012"-nin ikinci yarımfinalını birbaşa yayımlayacaq

Eurovision-2012 Materials 24 May 2012 11:05 (UTC +04:00)
Trend BİA istifadəçiləri "Eurovision 2012" müsabiqəsinin ikinci yarımfinalına agentliyin saytında baxa bilərlər.
Trend BİA "Eurovision 2012"-nin ikinci yarımfinalını birbaşa yayımlayacaq

Azərbaycan, Bakı, 24 may /Trend/

Trend BİA istifadəçiləri "Eurovision 2012" müsabiqəsinin ikinci yarımfinalına agentliyin saytında baxa bilərlər.

İkinci yarımfinal saat 00:00-dan 02:00-dək davam edəcək.

İkinci yarımfinalda Serbiya, Makedoniya, Niderland, Malta, Belarus, Portuqaliya, Ukrayna, Bolqarıstan, Sloveniya, Xorvatiya, İsveç, Gürcüstan, Türkiyə, Estiniya, Slovakiya, Norveç, Bosniya və Hersoqovina və Litva təmsilçiləri çıxış edəcəklər.

Müsabiqə xüsusi olaraq "Eurovision-2012" üçün Xəzər dənizi sahilində tikilmiş "Bakı Kristal Zalı"nda keçiriləcək. "Bakı Kristal Zalı" 23 min tamaşaçı tutur, daha 16 min tamaşaçı müsabiqənin yarımfinal və final mərhələlərinə birbaşa efirdə böyük monitorlarda baxmaq imkanı əldə edəcəklər. "Eurovision 2012"-nin teleauditoriyası dünyanın 50 ölkəsindən 100 milyondan artıq insan təşkil edir.

Hazırkı 57-ci müsabiqədə 42 ölkədən nümayəndə iştirak edir.

Müsabiqənin finalı isə mayın 26-da keçiriləcək.

Azərbaycan mötəbər Avropa mahnı müsabiqəsinə ev sahibliyi hüququnu Eldar Qasımov və Nigar Camalın (Ell/Nikki) Аlmaniyanın Drüsseldorf şəhərində keçirilən "Eurovision 2011"-dəki qələbəsindən sonra əldə edib.

Xəbər lenti

Xəbər lenti