...

"Eurovision 2009"-un qalibi Rıbak: Mahnımı kamançanın müşaiyəti ilə ifa etmək zövq verir

Eurovision-2012 Materials 24 May 2012 17:43 (UTC +04:00)
"Eurovision 2009" mahnı müsabiqəsinin qalibi Aleksandr Rıbak müsabiqəni işıqlandıran jurnalistlərə yeni klipini təqdim edib.
"Eurovision 2009"-un qalibi Rıbak: Mahnımı kamançanın müşaiyəti ilə ifa etmək zövq verir

Azərbaycan, Bakı, 24 may /Trend/

"Eurovision 2009" mahnı müsabiqəsinin qalibi Aleksandr Rıbak müsabiqəni işıqlandıran jurnalistlərə yeni klipini təqdim edib.

Trend eurovision.az saytına istinadən xəbər verir ki, təqdimatdan sonra müğənni mətbuat konfransı keçirib. O, Kiyevdə çəkilən bu klipdə öz həyatının əks olunduğunu deyib.

"Eurovision" mahnı müsabiqəsində qələbə qazanmasının səbəblərini sadalayanan Aleksandr Rıbak, "insan hər şeyi ürəkdən etməlidir və bu istənilən anda uğur gətirir. Düşünürəm ki, mənim uğurumun əsas səbəbi də budur. Bu, elə bir yarışmadır ki, musiqi, perfomans, şou ilə yanaşı, təmsilçi də ürəyə yaxın olmalıdır" deyib.

Bugünkü yarımfinal mərhələsinin interval aktında "Eurovision 2009"-dakı mahnısını Azərbaycanın milli aləti olan kamançanın müşaiyəti ilə ifa etməsindən də danışan Rıbak bunları bildirib: "Mahnımı kamançanın müşaiyəti ilə ifa etmək mənə zövq verir. Həqiqətən də mahnımın yeni versiyasını bəyənirəm."

Rıbak "Eurovision" mahnı müsabiqəsində yenidən iştirak etməyəcəyini də deyib. "Bu müsabiqədə bir dəfə qalib gəlmişəm. Yenidən təmsilçi kimi çıxış etmək istəmirəm, çünki başqa planlarım var", - o əlavə edib.

Aleksandr Rıbak Norveçin builki müsabiqədə təmsil edən Toojiyə uğurlar arzulayıb və onun qalib olacağına inandığını deyib.

Xəbər lenti

Xəbər lenti