...

Bakıda "Eurovision 2012"-nin II yarımfinalının nəticələri üzrə səsvermə başa çatdı (ƏLAVƏ OLUNUB)

Eurovision-2012 Materials 25 May 2012 01:37 (UTC +04:00)
Bakıda keçirilən "Eurovision 2012" mahnı müsabiqəsinin ikinci yarımfinalının nəticələri üzrə səsvermə başlayıb.
Bakıda "Eurovision 2012"-nin II yarımfinalının nəticələri üzrə səsvermə başa çatdı (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 25 may /Trend/

Bakıda cümə günü keçirilən "Eurovision 2012" mahnı müsabiqəsinin ikinci yarımfinalının nəticələri üzrə səsvermə başa çatıb.

Trend-in məlumatına görə, 15 dəqiqə ərzində yarışmaçılara səs göndərmək mümkün olub.

Azərbaycan ərazisində səsvermə bütün mobil operatorlardan 9450-yə SMS göndərməklə mümkün olacaq. Səsvermə qaydası belədir: bəyəndiyiniz ölkə təmsilçisinin çıxış ardıcıllığının nömrəsini 9450-yə SMS-lə göndərirsiniz. Bir telefondan maksimum 20 səs göndərmək mümkündür. Bir SMS 60 qəpikdir.

II yarımfinalda 18 ölkə təmsilçisi:

01. Serbiya - Zeljko Joksimoviç ("Nije ljubav stvar")
02. Makedoniya - Kaliopi ("Crno E Belo")
03. Niderland - Joan Franka ("You And Me")
04. Malta - Kurt Kalleya ("This Is The Night")
05. Belarus - "Litesound" ("We Are The Heroes")
06. Portuqaliya - Filipa Souza ("Vida Minha")
07. Ukrayna - Qaytana ("Be My Guest")
08. Bolqarıstan - Sofi Marinova ("Love Unlimited")
09. Sloveniya - Eva Boto ("Verjamem")
10. Xorvatiya - Nina Badriç ("Nebo")
11. İsveç - Loreen ("Euphoria")
12. Gürcüstan - Anri Coxadze ("I'm A Joker")
13. Türkiyə - Can Bonomo ("Love Me Back")
14. Estoniya - Ott Lepland ("Kuula")
15. Slovakiya - Max Jason ("Mai Don't Close Your Eyes")
16. Norveç - Tooji ("Stay")
17. Bosniya və Herseqovina - Maya Sar ("Korake Ti Znam")
18. Litva - Donny Montell ("Love Is Blind")

Qeyd edək ki, finala vəsiqə qazanmış 10 ölkə təmsilçisi canlı şoudan sonra mətbuat konfransı keçirəcək. Bu mətbuat konfransındakı püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 26-dakı çıxış ardıcıllığı müəyyən olunacaq.

Müsabiqə xüsusi olaraq "Eurovision 2012" üçün Xəzər dənizi sahilində tikilmiş "Bakı Kristal Zalı"nda keçirilir. "Bakı Kristal Zalı" 23 min tamaşaçı tutur, daha 16 min tamaşaçının müsabiqənin yarımfinal və final mərhələlərinə birbaşa efirdə böyük monitorlarda baxmaq imkanı var. "Eurovision 2012"-nin teleauditoriyasını dünyanın 50 ölkəsindən 100 milyondan artıq insan təşkil edir.

Müsabiqənin finalı mayın 26-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti