...

İsrail eksperti: " Xəstəliyini açıq şəkildə bəyan etməklə, İsrailin baş naziri yeni siyasi seçim etdi"

Dünya xəbərləri Materials 31 Oktyabr 2007 20:13 (UTC +04:00)
İsrail eksperti: " Xəstəliyini açıq şəkildə bəyan etməklə, İsrailin baş naziri yeni siyasi seçim etdi"

İsrail, Qüds / Trend , müxbir R.Məmmədov / "İsrailin baş naziri Ehud Olmertin, prostat vəzisində xərçəng şişinin aşkarlaması barədə şəxsən məlumat verməsi faktı yeni siyasi seçimdir və ilk növbədə, göstərir ki, İsrailin hökumət nümayəndələrinin xəstəliyə münasibəti dəyişib" - deyə politloq, İsrailin keçmiş prezitdenti Ariel Şaronun siyasi məsləhətçisi Raanan Qissin hesab edir.

Çərşənbə günü Trend ə müsahibəsində Qissin bildirib ki, Şaronun komaya düşməsindən sonra İsrail cəmiyyətində yüksək vəzifəli siyasətçinin səhhəti ilə bağlı problemlərin vətəndaşların diqqətinə çatdırıb-çatdırmamaqla bağlı müzakirələr meydana gəlib. Qissin hesab edir ki, bu hadisə Olmertin xəstəliyinin Şaronun xəstəliyi ilə müqayisə edilməz olması ilə deyil, xəstəliklə üzləşən iki liderin oxşar situasiyalarda müxtəlif cür hərəkət etməsi ilə yadda qalır. Şaron səhhəti ilə bağlı problemləri gizlətməyə çalışdığı halda, Olmert tam şəffaflığa üstünlük verdi. Qissin bildirib ki, təkcə Şaron deyil, "Likud" lideri İshaq Şamir də Olmertin üzləşdiyi xəstəliklə üzləşmiş, lakin susmağı üstün tutmuşdu. İsrailin keçmiş baş naziri Beqin infarktdan sonra parlament seçkilərinə qoşuldu, siyasi səhnəyə çıxanda isə, sanki aslana çevrildi. "Artıq İsraildə hökumət başçılarının xəstəliyinin gizlədilməsi konsepsiyasına son qoyulub" - deyə Qissin qeyd edib.

Olmert səhhəti ilə bağlı problemləri açıqlayan ilk Yaxın Şərq siyasətçisi oldu. Misir prezidenti Hüsnü Mübarəkin xəstəlikdən əziyyət çəkməsi faktı isə, uzun illər gizlədilib. Misir patriarxının sağlam olmayan səhhəti barədə məlumatları 2003-cü ilə qədər gizlətmək mümkün olub. Parlamentdə çıxış edən Mübarək milyonlarla televiziya tamaşaçısı qarşısında huşunu itirib. Qissinin fikrincə, Olmertin xəstəliyi Annapolisdə keçiriləcək konfransa təsir göstərməyəcək. "Fikirləşirəm ki, xərçəng şişi Olmertin Mahmud Abbasa güzəştə getməsinə və ya Qüdsü bölməsinə təsir göstərməyəcək" - deyə politloloq yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti