...

Gürcüstan siyasətçisi və rusiyalı politoloqun fikrincə, Tbilisidəki mitinqdə "Moskvanın əli" yoxdur

Dünya xəbərləri Materials 5 Noyabr 2007 18:05 (UTC +04:00)
Gürcüstan siyasətçisi və rusiyalı politoloqun fikrincə, Tbilisidəki mitinqdə "Moskvanın əli" yoxdur

Gürcüstan, Tbilisi / Trend , müxbir N.Kirtsxaliya, R.Ağayev/ Gürcüstan müxalifətçisi və rusiyalı politoloq Gürcüstan prezidenti Mixail Saakaşvilinin müxalifətin Tbilisidəki kütləvi mitinqinin Rusiyanın maraqları naminə keçirildiyinə dair bəyanatlarını qəbul etmirlər.

Birləşmiş müxalifətin liderlərindən biri, respublikaçı Levan Berdzenişvili bazar ertəsi Trend ə bildirib ki, bu bəyatanlar "tam sayıqlamadır".

Politoloq, Rusiyanın "Kommersant" qəzetinin baş redaktoru Azər Mürsəliyev isə, hesab edir ki, Rusiya, son zamanlar kəskinləşən münasibətlər səbəbindən, Saakaşviliyə qarşı keçirilən mintinqlərdə maraqlı olsa da, o, bu səviyyədə mitinq təşkil etmək gücündə deyil.

"Heç vaxt heç bir ölkə, heç bir xüsüsi xidmət orqanı minlərlə insanı mintinqdə iştirak etmək üçün küçəyə çıxarmaq gücündə olmayıb. Belə vəziyyətin yaranması üçün hakimiyyətin də səyləri lazımdır" - deyə o, bazar ertəsi Trend ə bildirib.

Gürcüstan prezidenti Saakaşvili Tbilisidə keçirilən müxalifətin etiraz aksiyasını "Rusiya oliqarx qüvvələri"nin fəaliyyəti ilə əlaqələndirib. Bu barədə dövlət başçısı noyabrın 4-də Gürcüstanın İctimai televiziyasına verdiyi müsahibədə bildirib. Prezidentin çıxışını digər kanallar da nümayiş etdirib.

"Konkret oliqarx rus qüvvələri mövcuddur ki, onlar konkret dövlət və siysai qüvvələrin fəaliyyətini koordinasiya edirlər. Bu, Rusiyadakı seçki ərəfəsində Gürcüstanda mövcud stabil vəziyyəti pozmağa yönəldilib" - deyə Gürcüstan prezidenti bildirib. Dövlət başçısı konkret hansı qüvvələri nəzərdə tutduğunu və onun konkret olaraq kim tərəfindən təşkil olunduğunu açıqlamayıb.

"Biz, respublikaçılar, bir çox keçmiş siyasi məhbuslar və hamı bilir ki, biz daim Rusiyanın Gürcüstana münasibətdə aqressiv siyasətinə qarşı fikir bildirmişik və bizi Rusiyaya görə əhval-ruhiyyə yaratmaqda günahlandırmaq gülməlidir" - deyə Berdzenişvili.

Berdzenişvilinin fikrincə, əgər Saakaşvili müxalifətin xoşuna gəlmirsə, bu, o demək deyil ki, müxalifət Rusiyanın agentidir. "Məsələn, Fransa prezidenti də Gürcüstanın prezidentindən narazıdır, o zaman bizi Fransanın agenti olmaqda da günahlandırsınlar" - deyə lider söyləyib.

Mürsəliyevin rəyinə görə, Rusiyanın Saakaşvili, xüsusilə də, Gürcüstanla münasibəti son illər ərzində ardıcıl olaraq pisləşib və hazırda Saakaşviliyə qarşı yönəlmiş kütləvi minitinqdə, əlbəttə, Rusiyanın əli var. "Çünki indi Moskva deyə bilər ki, görürsünüz, hətta öz xalqı bu adamdan narazıdır və Saakaşvili hətta öz xalqı ilə dil tapa bilmir" - deyə Mürsəliyev əlavə edib.

İcmalçının sözlərinə görə, sözsüz ki, bu çıxışlar Rusiya üçün maraqlı və bu və ya digər dərəcədə faydalıdır. Manipulyasiya və ya hər hansı bir iştiraka gəlincə, ümumilikdə, belə hallar məlumdur.

Berdzenişvilinin sözlərinə görə, bu yaxınlarda ABŞ-a səfəri zamanı o və onun partiya üzrə həmkarları aydın və dəqiq şəkildə Gürcüstanın NATO-ya daxil olması və qərb dəyərləri xeyrinə çıxış ediblər. "Bizə aydın deyil ki, prezident hansı kriteriyalarla Kremlin agentlərini müəyyən edir. Lakin bu, çətin ki, reallığa yaxın olsun" - deyə müxalifətdən olan siyasətçi bildirib.

Tbilisidə artıq bir neçə gündür ki, Parlament seçkilərinin gələn ilin payızında deyil, yazında keçirilməsi tələbi ilə, müxalifət aksiyası keçirilir. Mitinq iştirakçıları Saakaşvilinin istefa verməsini də tələb etməyə başlayıblar. 

Xəbər lenti

Xəbər lenti