...

Gürcüstan prezidenti və Baş naziri Nazirlər Kabinetinin yeni tərkibini təqdim edib

Dünya xəbərləri Materials 19 Noyabr 2007 19:34 (UTC +04:00)
Gürcüstan prezidenti və Baş naziri Nazirlər Kabinetinin yeni tərkibini təqdim edib

Gürcüstan, Tbilisi / Trend müxbir N.Kirtsxaliya/ Bazar ertəsi Gürcüstan pezidenti yeni Baş nazir Lado Qurqenidzenin namizədliyini və Nazirlər Kabinetinin yeni tərkibini təsdiq olunması məqsədilə, Parlamentə təqdim edib. Nazirlər Kabinetinin strukturu dəyişməyib, kabinetin strukturuna 4 dövlət naziri və 13 nazir daxildir.

Milli Təhlükəsizlik Şurasının Katibi- Kaxa Lomaya;

Avropaya İnteqrasiya üzrə dövlət naziri- Qriqori Baramidze;

Münaqişələrin həlli üzrə dövlət naziri- David Bakradze;

İslahatların Keçirilməsi üzrə dövlət naziri- Kaxa Bendukidze;

Vətəndaş İnteqrasiyası üzrə dövlət naziri- Zinaida Bestayeva;

Prezidentin təklifi ilə parlamentə aşağdakı şəxsləri nazir postuna təsdiq etmək təklif olunur:

Müdafiə naziri- David Kezeraşvili;

Daxili işlər naziri- Vano Merabişvili;

Xarici işlər naziri- Gela Bejuaşvili;

Ədliyyə naziri- Eka Tkeşelaşvili;

Maliyyə naziri- Niku Qiluari;

İqtisadiyyat naziri- Giorgi Arvelidze;

Energetika naziri- Aleksandr Xetaquri;

Əmək, Səhiyyə və Sosial Müdafiə naziri- David Tkeşelaşvili;

Kənd təsərrüfatı və Ərzaq naziri- Petre Siskarişvili;

Ətraf Mühitin və Təbii Sərvətlərin mühafizəsi naziri- David Çantladze;

Təhsil və Elm naziri- Bela Sipuriya;

Mədəniyyət və İdman naziri- Giorgi Qabaşvili;

Qaçqınlar və Yerləşdirmə naziri- Koba Subeliani.

Parlamentin təsdiq etməli olduğu hökumətin yeni tərkibi Gürcüstan hökumətinin parlament katibi Qiya Xuroşvilinin bazar ertəsi keçirdiyi brifinqdə təqdim olunub.

Gürcüstan konstitusiyasına əsasən, parlament, Gürcüstan prezidentinin hökumətin tərkibini təqdim etdiyi gündən bir həftə ərzində, hökumətin tərkibi və hökumət proqramına etibar edilib-edilməməsi ilə bağlı səsvermə keçirir. Parlamentin inamını qazanmaq üçün parlamentin tam tərkibinin əksəriyyətinin dəstəyi lazımdır.

Hökumətin tərkibi və hökumət proqramı parlament tərəfindən təsdiq olunarsa, Gürcüstan prezidenti bir həftə ərzində parlamentə hökumətin yeni və ya həmin tərkibini təqdim edir.

Hökumətin tərkibinin və ya hökumət proqramının üç dəfə parlament tərəfindən təsdiq olunmadığı təqdirdə, Gürcüstan prezidenti 5 gün müddətinə baş nazir postuna yeni namizəd irəli sürür və parlamentin razılığı olmadan baş naziri təyin edir, baş nazir isə, parlamentin razılığı olmadan , 5 gün ərzində nazirləri təyin edir. Bu halda, Gürcüstan prezidenti parlamenti buraxır və növbədənkənar seçki təyin edir. Hazırda Gürcüstan hökuməti Baş nazir, 13 nazir və 4 dövlət nazirindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti