...

Tbilisinin şəhər məhkəməsi "İmedi" TV-nin əmlakına qoyulmuş həbsin ləğv edilməsinə dair Baş Prokurorluğun xahişinə baxıb

Dünya xəbərləri Materials 5 Dekabr 2007 14:11 (UTC +04:00)

Gürcüstan, Tbilisi / Trend müxbir N.Kirtsxalia/ Tbilisinin şəhər məhkəməsi bu gün "İmedi" TV-nin binasına və əmlakına qoyulmuş həbsin ləğv edilməsinə dair Gürcüstan Baş Prokurorluğunun xahişinə baxıb. Məhkəmədən verilən məlumata görə, şəhər məhkəməsi bu məsələni sürətləndirilmiş formatda nəzərdən keçirmək barədə qərar qəbul edib.

Baş prokuorluğun xahişi təxminən 1 saat əvvəl daxil olub. Qanuna əsasən, Baş Prokurorluğun xahişinə 24 saat ərzində baxılmalıdır. "İmedi" TV noyabrın 7-də, Tbilisidə nümayişçilərin dağıdılmasından sonra bağlanıb. Hökumət orqanları teleşirkətin jurnalistlərini təhrikçi bəyanatlar verməkdə ittiham edib. Avropa İttifaqı və ATƏT-in müdaxiləsindən sonra "İmedi"nin yayımının bərpasına dair qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti