...

2008-ci il Gürcüstan üçün dönüş dövrü olacaq- XİN rəhbəri

Dünya xəbərləri Materials 2 Yanvar 2008 13:15 (UTC +04:00)
2008-ci il Gürcüstan üçün dönüş dövrü olacaq- XİN rəhbəri

Qafqaz-pressin məlumatına görə, Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvili ölkənin diplomatik xidmətinin əməkdaşlarına yeni il müraciətində bildirib ki, 2008-ci il Avropa tipli demokratik və hüquqi dövlətin yaradıması prosesində Gürcüstan üçün dönüş ili olacaq.

Nazir gürcü dipolmatlarını Milad və Yeni İl münasibətilə təbrik edib və qeyd edib ki, 2007-ci il ərzində diplomatik xidmət xarici siyasətin strategiyasında qarşıya qoyulan məqsəd və tapşırıqları ardıcıl olaraq yerinə yetirib və bu da beynəlxalq arenada milli maraqların təmsil olunmasına və vətəndaşların təhlükəsizliyi və rifahına xidmət göstərib.

"Gürcüstanda ədalətli və azad seçkilərin keçirilməsi ölkədə baş verən demokratik proseslərin və Gürcüstanın seçdiyi Avroatlantika kursunun dönməzliyini bir daha təsdiq edəcək. Əminəm ki, gürcü diplomatları gələcəkə də onların qarşısına qoyulmuş tapşırıqları peşəkarcasına və fədakarcasına yerinə yetirəcək" - deyə müraciətdə bildirilir. Müraciətdə o da qeyd olunub ki, 2008-ci ildə diplomatik xidmət barədə yeni qanun qüvvəyə minəcək və bu qanun diplomatik xidmətin fəaliyyətinin hüquqi bazasına çevriləcək.

Xəbər lenti

Xəbər lenti