...

Ümumdünya bankı partlayış barədə xəbərdarlıqdan sonra fəaliyyətini dayandırıb

Dünya xəbərləri Materials 18 Yanvar 2008 09:47 (UTC +04:00)

Telefon zəngindən sonra Ümumdünya bankının Vaşinqtonda yerləşən baş ofisi fəaliyyətini cümə günü dayandırıb, RİA Novosti xəbər verir.

"Bank, təhlükənin hansı dərəcədə real olmasını araşdırmaq məqsədilə, hüquq mühafizə orqanları ilə qarşılıqlı işləyir. Təhlükəsizlik baxımından bankın rəhbərliyi Vaşinqton ofisində icarəyə verilən və şəxsi mülkiyyətdə olan ofisləri bağlamaq qərarına gəlib". Bu məlumat bankın birgjə məlumatında deyilir.

Ümumdünya bankının Vaşinqtonda, Ağ Evin yaxınlığında yerləşən 7 binasında 8 minə yaxın insan çalışır.

Baxmayaraq ki, Beynalxalq valyuta fondunun (BVF) ofisi yolun digər tərəfində yerləşir BVF cümə günü işləyəcək.

Yerli KİV hüqüqmühafizə orqanlarına istinadən verdiyi məlumata əsasən partlayış barədə zəng bankın ofisinə bir gün qabaqçadan vurulmuşdu. Zəngetmiş şəxs partlayışın cümə günü günorta saatlarında baş verəcəyini bildirmişdir.

Xəbər lenti

Xəbər lenti