...

İran 2009-cu ilə kimi nüvə döyüş komplekti yarada bilər – ABŞ-nın milli kəşfiyyatının direktoru

Dünya xəbərləri Materials 8 Fevral 2008 02:51 (UTC +04:00)
İran 2009-cu ilə kimi nüvə döyüş komplekti yarada bilər – ABŞ-nın milli kəşfiyyatının direktoru

İran gələn ilin sonuna kimi nüvə döyüş komplekti yaratmaq üçün kifayyət qədər parçalanmış material toplaya bilər. Belə bəyanatla bu gün ABŞ-nın milli kəşfiyyatının direktoru Maykl Makkonnell çıxış edib.

Kəşfiyyat üzrə ABŞ Konqressinin təmsilçilər palatasında çıxışı zamanı M.Makkonnell keçən il xüsusi kəşfiyyat orqanları tərəfindən hazırlanmış İranla bağlı qiymətləndirmə və onun 10 səhifəsinin açıqlanmasını xatırlatmışdır. Həmin hesabatda tam əminliklə qeyd olunurdu ki, İran nüvə prqrammının həyata keçirməsini dayandırıb.

Lakin, M.Makkonnellin fikirincə Tehran uranın zənginləşdirməsini davam etdirir. Bundan savayi, İran, Şimali Afrikaya və Avropaya çatmaq iqtidarında olan ballestik raketlərini təkmilləşdirmək yolunda işlər görür.

Onun sözlərinə görə, İranın nüvə döyüş komplekti yaratmaq üçün ən tez tarix 2009-cu ilin sonudur, Qazeta.ru xəbər verir.

Xəbər lenti

Xəbər lenti