Qırğızıstan, Bişkek, 14 avqust / Trend , müxbir R.Məşədihəsənli / Qazaxıstan Cənubi Osetiyaya humanitar yardım göstərəcək. Bu barədə Nursultan Nazarbayev İssık-Kulda qırğızıstanlı həmkarı Kurmanbek Bakiyevlə görüşü zamanı bildirib. İki respubilka lideri Qafqazda baş verən hadisələri pisləyib və həlak olanların qohumlarına baş sağlığı veriblər. Nazarbayev və Bakiyevin İssık-Kul sahilində ikitərəfli görüşü bir saat əvvəl başa çatıb. Danışıqlardan dərhal sonra prezidentlər mətbuat üçün bəyanat veriblər. Onlar əsas diqqəti Cənubi Osetiyadakı silahlı münaqişəyə ayırıblar. Nazarbayev qeyd edib ki, Tsxinvalidəki vəziyyət əsl humanitar fəlakətdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]