...

Gürcü şahmatçıları Nalçikdə keçiriləcək dünya çempionatında iştirakdan imtina edirlər

Dünya xəbərləri Materials 15 Avqust 2008 18:34 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 15 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcü şahmatçıları qadınlar arasında Rusiyanın Nalçik şəhərində keçiriləcək fərdi dünya çempionatında iştirakdan imtina edirlər.

Gürcüstanın Şahmat Federasiyasından verilən məlumata görə, aralarında beş dəfə dünya çempionu olmuş Maya Çiburdanidze də olmaqla, altı gürcü idmançısı Rusiya təcavüzü səbəbindən, dünya birinciliyində iştirakdan imtina edirlər.

"Gürcü idmançılarının, Gürcüstanda baş verən hadisələr və Rusiya təcavüzü səbəbindən, təhlükəsizliklərinə zəmanət yoxdur. Çempionat başqa ölkəyə keçirilməsə, biz iştirakdan imtina etməyə məcbur olacağıq", - Gürcüstanın Şahmat Federasiaysının FİDE-nin prezidenti Kirsan İlyumjinova ünvanladığı müraciətdə deyilir.  

Xəbər lenti

Xəbər lenti