...

İkinci Dünya Müharibəsinin iştirakçıları Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçiriblər

Dünya xəbərləri Materials 25 Avqust 2008 20:45 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 25 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ İkinci Dünya Müharibəsinin veteranları bazar ertəsi Rusiyanın Tbilisidəki səfirliyi qarşısında etiraz aksiyası keçirib və Rusiya qoşunlarının Gürcüstan ərazisindən çıxarılmasını tələb ediblər. "Biz faşizmə qarşı Gürcüstanla faşist metodları ilə rəftar edən Rusiya uğrunda döyüşməmişik", - aksiya iştirakçıları bildiriblər.

Veteranlar Rusiya ordusunu dinc əhali ilə amansız rəftarda ittiham ediblər və bəyan ediblər ki, Moskva hadisələrin bu şəkildə inkişafına hələ bir il əvvəl hazırlaşıb.

Rusiya səfirliyindən veteranların qarşısına heç kim çıxmayıb.

Xəbər lenti

Xəbər lenti