Özbəkistan, Daşkənd, 28 avqust/ Trend müxbir T.Jukov/ Rusiyanın Baş naziri Vladimir Putin sentyabrın 1-2-də Özbəkistanda rəsmi səfərdə olacaq, -Rusiyanın Daşkənddəki Fövqəladə və Səlahiyyətli Səfiri Farit Mehametşin cümə axşamı Trend -a bildirib.
Rusiya Baş naziri Vladimir Putinin Özbəkistan Baş naziri Şəvkət Mirziyayevlə görüşü planlaşdırılıb. "Rusiyalı Baş nazirin Özbəkistan rəhbəri ilə də görüşü planlaşdırılır", - Rusiya səfiri dəqiqləşdirilib.
Muhametşinin sözlərinə görə, Rusiya nümayəndə heyətinin tərkibinə işgüzar dairələrin, Federal Miqrasiya Xidmətinin, bir sıra nazirlik və idarələrin nümayəndələri, o cümlədən böyük jurnalistlər qrupu daxil olacaq. "Ən müxtəlif istiqamətlər üzrə məsələlər müzakirə ediləcək", - RF-nin Daşkənddəki səfiri bəyan edib. "Bu səfər Rusiya - Özbəkistan münasibətlərinin möhkəmlənməsinə doğru atılan daha bir addım olacaq". Muhametşinin sözlərinə görə, aviasiya sənayesi, kosmos sahəsində əməkdaşlıq, Rusiya mallarının Özbəkistan bazarına və müvafiq olaraq, özbək mallarının Rusiya bazarına çıxışının genişləndirilməsi müzakirə ediləcək.
"Dünən Rusiya ekspertlərindən ibarət işçi qrup Daşkəndə gəlib. Onlar özbək tərəfi ilə birlikdə səfərin hazırlanması ilə məşğuldurlar, - Rusiyanın səfiri bəyan edib. - Yanacaq-energetika kompleksi, ağır sənaye, energetika sahələrində əməkdaşlıq məsələləri müzakirə ediləcək".
Farit Muhametşinin qeyd etdiyinə görə, Özbəkistan-Rusiya hökumətlərarası komissiyasının növbəti iclası cari ilin noyabrında Moskvada keçiriləcək.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]