...

Barak Obama Gürcüstan parlamentinin sədri ilə görüşüb

Dünya xəbərləri Materials 29 Avqust 2008 11:16 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 29 avqust / Trend , müxbir N.Kirtsxaliya/ Demokratlar Partiyasının Denverdə (ABŞ) keçirilən forumu çərçivəsində demokratların ABŞ prezidentliyinə namizədi Barak Obama və Gürcüstan parlamentinin sədri David Bakradze Gürcüstandakı vəziyyəti müzakirə ediblər.

Danışıqlar bağlı qapılar arxasında aparılıb. Görüşdən sonra rəsmi bəyanat edilməyib.

Obama əvvəllər bildirib ki, hər cəhətdən Gürcüstanı dəstəkləyir və Rusiyanın bütün silahlı qruplaşmalarının Gürcüstandan çıxmasını tələb edir. O, həmçinin Moskvanın Abxaziya və Cənubi Osetiya separatçı rejimlərini tanımasına dair qərarını pisləyir.

Xəbər lenti

Xəbər lenti