...

Timoşenko və Çeyni regional təhlükəsizlik məsələlərini və enerji daşıyıcıları tədarükünün diversifikasiya imkanlarını müzakirə ediblər

Dünya xəbərləri Materials 5 Sentyabr 2008 15:27 (UTC +04:00)

Kiyevdə keçirilən Ukrayna və Amerika nümayəndə heyətlərinin geniş tərkibli iclasında Ukrayna baş naziri Yuliya Timoşenko və ABŞ-ın vitse-prezidenti Riçard Çeyni regional təhlükəsizlik, regionda və Ukraynada stabilliyin qorunması məsələlərini, həmçinin enerji daşıyıcıları tədarükünün diversifikasiya imkanlarını müzakirə ediblər.

Bu barədə UNİAN Ukrayna Baş nazirinin mətbuat katibi Marina Soroka istinadən xəbər verir.

Timoşenko görüşün əvvəlində demokratiyanın inkişaf məsələlərində ABŞ-ın Ukraynaya göstərdiyi dəsətəyə görə Çeyniyə təşəkkürünü bildirib.

Bundan əlavə, Ukrayna Baş naziri hökumətin fəaliyyətinin nəticələri barədə ABŞ-ın vitse-prezidentinə məlumat verib.

"Demokratik hökumət və demokratik parlament son illərdə qeydə alınan 6,5 faiz səviyyəsində iqtisadi artım göstəricisini təmin edib", - deyə o bildirib.

Timoşenko və Çeyninin görüşü proqramda nəzərdə tutulan 20 dəqiqdən artıq - 40 dəqiqəyədək davam edib.

Xəbər lenti

Xəbər lenti