...

Aİ-nin Gürcüstandakı monitorinq missiyasının rəhbəri ölkənin baş naziri və spikeri ilə görüşəcək

Dünya xəbərləri Materials 22 Sentyabr 2008 15:17 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 22 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Avropa İttifaqının monitorinq missiyasının (Aİ MM) rəhbəri Hanserq Haber Tbilisiyə gəlib. Gürcüstanın dövlət dəftərxanasından jurnalistlərə verilən məlumata görə, bazar ertəsi o, Gürcüstanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək.

Bu gün Gürcüstanın hökumət rəhbəri Vladimir Qurqenidze, parlament sədri David Bakradze və digər rəsmi şəxslər ilə görüşlərin keçirilməsi planlaşdırılıb.

Haber Almaniyanın Livanda səfiri olub, həmçinin Moskvada diplomatik xidmətdə fəaliyyət göstərib.

Haber ən azı 200 müşahidəçinin daxil olacağı Aİ MM-ə rəhbərlik edəcək. Onlar Gürcüstanın hazırda Rusiya ordusu tərəfindən nəzarət olunan Abxaziya və Cənubi Osetiyaya bitişik ərazilərində yerləşəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı- trend

Xəbər lenti

Xəbər lenti