Saxalində heroin alverçisi, "vətəndaşlığı olmayan şəxs " statusuna malik 39 yaşlı Müşfiq Abbasov 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
"Vesti"nin verdiyi xəbərə görə, o, Primorsk vilayətinin Ussuriysk şəhərində bir qaraçıdan yarım kiloqram güclü təsiredici heroin alaraq adaya gətirib.
Saxalin vilayəti prokurorluğunun mətbuat xidmətindən çərşənbə axşamı verilən məlumata görə, o, həmin narkotik maddəni Xolmsk şəhərində yaşayan tanışı Azərbaycan vətəndaşı 59 yaşlı Fəxrəddin Mehdiyevin evində gizlədib. Heroin Saxalin narkomanlarına kiçik dozalarla satılıb. Abbasov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. İTAR-TASS-ın verdiyi məlumata görə, Mehdiyev isə dörd il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.