...

Əgər ABŞ Avropada PRO elementlərini yerləşdirsə, Moskva sərhəddə öz raketlərini yerləşdirəcək - Rusiya XİN-in nümayəndəsi

Dünya xəbərləri Materials 9 Noyabr 2008 15:25 (UTC +04:00)

Əgər ABŞ Şərqi Avropada PRO elementlərinin yerləşdirilməsi planlarından imtina etsə, Rusiya "İsgəndər" tipli raket komplekslərini Kalininqrad vilayətində yerləşdirməyəcək. Belə bir bəyanatla Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko çıxış edib.

"Çox önəmli bir məqam var-bu tədbirlər ("İsgəndər" tipli raketlərin yerləşdirilməsi) yalnız ABŞ-ın PRO sistemi ilə bağlı planlarının gerçəkləşəcəyi təqdirdə həyata keçiriləcək. Əgər ABŞ öz planından imtina etsə, müvafiq tədbirlərimizin yerinə yetirilməsi zərurəti özü-özünə mənasını itirəcək", - deyə Qruşko "İnterfaks"a bazar günü müsahibəsində deyib.

Xəbər lenti

Xəbər lenti