...

Rusiya atom sualtı qayığında insanların həlak olmasına freon qazı səbəb olub (YENİLƏNİB)

Dünya xəbərləri Materials 9 Noyabr 2008 16:18 (UTC +04:00)

Rusiyaya məxsus atom sualtı qayığında baş vermiş qəza nəticəsində insanların həlak olmasına səbəb freon qazı olub. Rusiya Prokurorluğu yanında İstintaq Komitəsinin məlumatına əsasən freon onların ağ ciyərlərinə daxil olub.

Komitənin xəbərinə görə, 20 nəfər həlak olub, 22 adam isə xəsarət alıb. Rusiya Prokurorluğu yanında İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markinin bildirdiyinə görə,  ölənlər arasında altı nəfər hərbçi və 14 nəfər mülki şəxsdir.

Noyabrin 8-də Rusiyanın Sakit okean hərbi dəniz donanmasına məxsus atom sualtı qayığında qəza baş verib. İlkin məlumatlara əsasən, yanğınsöndürmə sistemi qayığın iki bölməsində heç bir səbəb olmadan işə düşüb. Nəticədə müvafiq hissələrə kimyavi maddə yayılıb.

Xəbər lenti

Xəbər lenti