...

Kipr üzrə növbəti görüş noyabrın 17-də keçiriləcək

Dünya xəbərləri Materials 15 Noyabr 2008 11:22 (UTC +04:00)

Türkiyə, Ankara, 14 noyabr/ Trend , müxbir A.Ələsgərov/ BMT Baş katibinin xüsusi nümayəndəsi Aleksandr Dauner bildirib ki, Kipr üzrə növbəti görüş noyabrın 17-də keçiriləcək. "Türkiye"nin verdiyi məlumata görə, o deyib ki, "danışıqlar prosesində yaxşı stimul əldə olunub və onu qoruyub saxlamaq lazımdır". Daunerin sözlərinə görə, danışıqlarda "üç səbət" modelinin tətbiqinə başlanıb. Buna müvafiq olaraq, "birinci səbət"də ziddiyyətlər, "ikinci səbət"də razılaşma, "üçüncü səbət"də isə razılaşdırılması çətin olan məsələlər yer alıb.

Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mehmet Əli Tələt bir gün əvvəl Kipr lideri Dimitris Xristofias ilə növbəti dəfə görüşüb. Nikosiyada keçirilən görüşdən sonra Tələt və Xristofias bundan öncə olduğu kimi, yenə də mətbuata heç bir açıqlama verməyiblər.

Xəbər lenti

Xəbər lenti