...

İrma Nioradzenin baqajı Tbilisiyə gedərkən itib

Dünya xəbərləri Materials 16 Dekabr 2008 11:08 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 16 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Xeyriyyəçilik konsertləri vermək üçün Tbilisiyə gələn Sankt-Peterburqun Marin teatrının tanınmış prima-balerinası İrma Nioradze baqajından məhrum olub. Vətəninə bir neçə minik dəyişərək (Gürcüstan ilə Rusiya arasında birbaşa əlaqə yoxdur) gələn balerina Tbilisi aeroportunda baqajının olmadığını görüb.

Nioradze aviaşirkətin onun əşyalarını vaxtında qaytaracağına ümid etdiyini ifadə edib. "Balerina puantlardan tutmuş makiyaja qədər mənim hər şeyim baqajda idi və o olmadan mən özümü əlsiz hiss edirəm", - deyə balerina jurnalistlərə bildirib.

Nioradze Gürcüstan-Rusiya müharibəsi zamanı Gürcüstanın zərər çəkən incəsənət xadimləri üçün konsertlər verəcək.

Onun Marin teatrının baş dirijoru, Sxinvali sepratçı rejimini dəstəkləyən, osetin Valeri Qerqiyev ilə necə münasibət qurması sualına piter priması belə cavab verib: "Avqust hadisələrindən sonra mən onunla rastlaşmamışam".

Xəbər lenti

Xəbər lenti