...

Bişkekdə Türkcə Öyrətmə Mərkəzinin məzun proqramı keçirilib

Dünya xəbərləri Materials 17 Yanvar 2009 21:22 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 17 yanvar / Trend müxbir R.Məşədihəsənli/ Şənbə günü Bişkekdə Qırğızıstanda fəaliyyət göstərən Türkiyə Təhsil Nazirliyinə bağlı Türkcə Öyrətmə Mərkəzinin (TÖMER) sayca 24-cü məzun proqramı keçirildi.

Tədbiri açan TÖMER müdiri Ali Baz Kösmene 1996-cı ildən bəri Qırğızıstanda minlərlə adamın türk dilini öyrənərək müxtəlif sahələrdə Türkiyə firma və şirkətlərində özlərinə iş yerləri qazandığını bildirdi və türkcə öyrətmə ilə yanaşı, musiqi, rəqs, mətbəx, rəssamlıq, bilgisayar kimi peşələrin də mənimsənildiyini söylədi.

Məzunlara diplomları Türkiyə respublikasının Qırğızıstandakı təhsil, din xidmətləri müşavirləri, hərbi Attaşesi və Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru, doktor-professor Sülayman Kayıpov təqdim etdilər.

Xəbər lenti

Xəbər lenti