...

İsrail "İslami cihad"ın liderlərindən birini məhv edib

Dünya xəbərləri Materials 5 Fevral 2009 14:00 (UTC +04:00)

İsrail ordusunun xüsusi xidmət orqanları tərəfindən gün səhər Cenindən cənubda Kabatiya ərazisində Fələstinin "İslami cihad" radikal qruplaşmasının hərbi cinahının lideri, 21 yaşlı Ələddin İssamə Əbu Rabi öldürülüb. Bu barədə "Əl-Arabiyyə" saytı xəbər verir.

Şahidlərin məlumatına görə, İsrail əsgərləri Əbu Rabinin evinə atəş açıblar, nəticədə yanğın baş verib. Başından və sinəsində üç güllə yarası alan Əbu Rabi Xəlil Süleyman xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. İsrail əsgərlərinin məlumatına görə, Əbu Rabinin evində  "Kalaşnikov" markalı avtomat və güllə dolu bir neçə maqazin aşkar olunub.

İsrail hökuməti Əbu Rabini Qərb Sahilində İsrail ordusuna qarşı hərbi əməliyyatların hazırlanmasında və İsrail qüvvələrinə qarşı terror aktlarının həyata keçirilməsi məqsədilə fələstinliləri bu işə cəlb etməkdə ittiham edirdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti