...

Böyük Britaniya Gürcüstana yardım etməkdə davam edəcək - Devid Millibend

Dünya xəbərləri Materials 8 Fevral 2009 14:19 (UTC +04:00)

Böyük Britaniya Gürcüstana yardım etməkdə davam edəcək. Bunu jurnalistlərə Böyük Britaniyanın XİN başçısı Devid Millibend deyib. Millibend şənbə günü Gürcüstan prezidenti Mixail Saakaşvili ilə Münhendə görüşüb.

İnterfaks agentliyinin yaydığı xəbərə görə, Millibend bildirib ki, görüşdə Qafqaz bölgəsində gedən proseslər müzakirə olunub.

"Biz Gürcüstana iqtisadi, siyasi və sosial sahədə yardımın davam etdirilməsi, habelə qarşılıqlı əlaqələrlə bağlı məsələləri müzakirə etmişik", - deyə nazir vurğulayıb.

Dünən Saakaşvili Münhendə NATO baş katibi Yaap de Xoop Sxeffer və AB-nin xarici siyasət üzrə ali nümayəndəsi Xavyer Solana ilə də görüşüb.

Hazırda Gürcüstan prezidenti Münhendə ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə görüşür.

Xəbər lenti

Xəbər lenti