...

Prezident seçkilərində Kurmanbek Bakiyevin qələbə çalacağı şübhəsizdir - Mars Sarıyev

Dünya xəbərləri Materials 13 Mart 2009 22:51 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 13 mart / Trend , müxbir  R.Мəşədihəsənli/
Hazırda Qırğızıstan müxalifətinin ehtiyat mənbəyi və tərəfdarları çox azdır. Bu fikirləri Trend müxbirinə Qırğız politoloqu və siyasi icmalçı Mars Sariyev deyib.

Sariyev bildirib ki, müxalifətin gələcəkdə güclü bir qüvvəyə çevrilməsi imkanı çox zəifdir. Bu ilin payızına nəzərdə tutulan prezident seçkilərində Kurmanbek Bakiyevin qələbə çalacağı isə şübhəsizdir. Ona görə ki, Rusiyanın Qırğızıstana 2 milyard dollar həcmində ayırdığı kredit, ABŞ hərbi bazasının ölkədən çıxarılmasına dair qəti qərar, sosial sahəyə yardım məqsədilə verilən 150 milyon dollar dəyərində təmənnasız kredit və sair əhali tərəfindən müsbət hal kimi dəyərləndirilir.

"Qırğızıstan müxalifəti hələ də ümumi bir fikrə gələ bilmir və indiyədək vahid liderini seçməkdə çətinlik çəkir" - deyib Mars Sariyev.

Xəbər lenti

Xəbər lenti