...

Əfqanıstanda baş verən partlayış zamanı 9 polis həlak olub, 30-u yaralanıb

Dünya xəbərləri Materials 16 Mart 2009 15:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir T.Cəfərov /

Əfqanıstanın Gilmend vilayətinin Laşqarqax şəhərində baş verən partlayış zamanı doqquz polis həlak olub və 30-u yaralanıb. Bu barədə Əfqanıstanın Prezident Aparatının press-relizində bildirilir. İki mülki vətəndaş da partlayışın qurbanı olub.

Press-relizdə bildirilir ki, partlayış təqribən polis məntəqəsinin yaxınlığında baş verib.

Əfqanıstan Prezidenti Həmid Kərzayi baş verən hadisəni şərh edərək bildirib ki, polis məntəqəsinə hücum Əfqanıstan hökuməti əleyhdarlarının ölkənin hüquq-mühafizə qüvvələrinin güclənməsindən qorxduğunu göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti