...

Qazaxıstanın xarici işlər nazirinin Çinə rəsmi səfəri başlayıb

Dünya xəbərləri Materials 30 Mart 2009 11:18 (UTC +04:00)

Qazaxıstan, Astana, 30 mart / Trend , müxbir K. Arınova /

Martın 29-dan Qazaxıstanın xarici işlər naziri Marat Tajin Çində rəsmi səfərdədir. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verir.

"Səfər zamanı Tajinin Çin Xalq Respublikasının Xarici Siyasət İdarəsinin rəhbəri Yan Tszeçi, həmçinin ÇXR sədrinin müavini Si Tszinpin ilə görüşləri planlaşdırılır", - deyə idarənin məlumatında bildirilir.

Press-relizdə bildirilir ki, danışıqlar zamanı siyasi, iqtisadi və humanitar sahələrdə, həmçinin yüksək səviyyədə əldə olunan razılaşmaların reallaşdırılması sahələrində ikitərəfli əməkdaşlığın bütün kompleks məsələlərinin müzakirəsi nəzərdə tutulub.
Qazaxıstan xarici işlər nazirinin ÇXR-a səfəri Qazaxıstan-Çin strateji tərəfdaşlıq münasibətlərinin tərəqqisində mühüm hadisə ola bilər.

Qazaxıstan Respublikası XİN-in məlumatına görə, Qazaxıstan ilə Çin arasında diplomatik münasibətlər 1992-ci il 3 yanvar tarixində qurulub.

Çin Qazaxıstanın ticarət tərəfdaşları siyahısında 4-cü yeri tutur. ÇXR-nın Qazaxıstan xarici ticarətində payı 10%-dən çoxdur. Qazaxıstan MDB ölkələri arasında (Rusiyadan sonra) Çinin ikinci ticarət tərəfdaşıdır. ÇXR-in gömrük statistikasına əsasən, 2008-ci ildə qarşılıqlı ticarət həcmi $17,55 mlrd. (2007-ci il ilə müqayisədə 26,5% artım) təşkil edib. Qazaxıstanın ixracı $ 7,73 mlrd, idxalı isə $9,82 mlrd. təşkil edib.  

Qazaxıstanın statistikasına görə, 2008-ci ildə mal dövriyyəsi $12,24 mlrd. (ixrac - $7,67 mlrd., idxal -  $4,56 mlrd.) təşkil edib.

2005-ci ilin avqustunda Qazaxıstanın ÜTT-yə daxil olması məsələsi üzrə Çin ilə danışıqlar prosesi uğurla başa çatdırılıb və müvafiq Protokol imzalanıb.

Əməkdaşlıq illərində ÇXR-in ölkəmizin iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 9 mlrd. doll.-a bərabər olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti