...

Türkiyə İraqda milli hökumətin tərəfdarıdır - Baş nazir

Dünya xəbərləri Materials 3 Aprel 2009 16:04 (UTC +04:00)

"Türkiyə İraqda hansısa qruplaşma, ya da milli azlığın yox, bu ölkədə milli hökümətin qurulmasının tərəfdarıdır", - Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Londonda böyük iyirmiliyin sammitinin yekunları ilə bağlı mətbuat konfransında deyib. CNN Turk kanalı xəbər verib.

"Hansısa qruplaşmanın tərəfini tutmağımız İraqın parçalanmasına gətirib çıxara bilər", - Ərdoğan deyib. - Türkiyə İraqın vahid hökumətinin yaradılmasını dəstəkləyir və bu istiqamətdə işləyəcək".

Ancaq Ərdoğan deyib ki, İraq hökumətinin zəifliyi ölkə daxilində qeyri-sabitliyə gətirib çıxarır. "Məlumata görə, İraq iqtisadiyyatı çox zəifdir və əhali çox kasıb yaşayır", - o, əlavə edib.

"Biz İraq hökumətinin bu istiqamətdə yetərincə iş görəcəyinə ümid edirik", - Ərdoğan bildirib.

İraq və Türkiyə hökumətləri arasında müzakirə gündəliyinin əsas maddəsində İraqın şimalında Kürd İşçi Partiyasının (KİP) fəaliyyəti problem olaraq qalır.

Türkiyə ötən il KİP-ə qarşı bir neçə anti-terror əməliyyatı həyata keçirib. Ankara Bağdadı və Kürdüstan administrasiyasını kürd separatçıları ilə mübarizədə sıx əməkdaşlığa gətirib çıxarır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti