...

İranda "məxməri inqilab" etməkdə ittiham olunan şəxslərin adları açıqlanıb

Dünya xəbərləri Materials 6 Aprel 2009 12:22 (UTC +04:00)

İranda Sepah korpusunun təhlükəsizlik qüvvələri tərəfindən həbs olunmuş bir qrup şəxsin adı açıqlanıb. Onlar dinə, mədəniyyətə və əxlaqa zidd internet səhifələr yaratdıqları üçün həbs olunublar. Bu barədə İranın Fars xəbər agentliyi məlumat yayıb.

İranın Sepah korpusunun təhlükəsizlik qüvvələri ötən ayın əvvəlində xarici qüvvəllərin dəstəyi ilə İranda "məxməri inqilab" etməyə hazırlaşan, eləcə də dinə, mədəniyyətə və əxlaqa zidd internet səhifələr yaradan 26 nəfərlik qrupu həbs edib.

İranın Mütəşəkkil Cinayətlərə Dair İşlər üzrə Təşkilatı bazar ertəsi həmin qrup üzvlərinin adlarını və şəkillərini ictimaiyyətə açıqlayıb.

Xəbər lenti

Xəbər lenti