...

Tbilisidə qadın təcridxanasının məhkumları qiyam qaldırıblar

Dünya xəbərləri Materials 19 Aprel 2009 00:25 (UTC +04:00)
Tbilisidə qadın təcridxanasının məhkumları qiyam qaldırıblar

Şənbə günü Tbilisidəki qadın təcridxanasının məhkumları qiyam qaldırıblar. Bu haqda "İnsan haqları uğrunda keçmiş siyasi məhbuslar" qeyri-hökumət təşkilatının rəhbəri Nana Kakabadze məlumat verib.

"İnterfaks" agentliyinin məlumatına görə, Kakabadze qeyd edib ki, məhbus qadınlar həyatda hay-küy salıblar və təcridxana korpusuna qayıtmaq istəmirlər.

"Biz hələlik qiyamın səbəbini dəqiq müəyyən edə bilməmişik. Lakin bu, prezident Saakaşvilinin 390 məhbusun əfv fərmanı ilə bağlıdır", - deyə Kakabadze bildirib.

Xəbər lenti

Xəbər lenti