...

İran və Türkiyə birlikdə gəmiçilik şirkəti yaradırlar

Dünya xəbərləri Materials 28 Aprel 2009 11:20 (UTC +04:00)

İranın ticarət nazirinin Ankaraya səfəri zamanı iki ölkə arasında birgə gəmiçilik şirkətinin yaradılması barədə razılıq əldə olunub.

İranın ticarət naziri Məsud Mir Kazemi bildirib ki, ortaq gəmiçilik şirkətinin yaradılması təşəbbüsü Türkiyənin nəqliyyat naziri Binali İldırım tərəfindən irəli sürülüb.

İRNA Agentliyinin aprelin 28-də yaydığı məlumata əsasən, Kazemi bildirib ki, okeanlara çıxış və tranzit həcminin artırılması İran üçün önəmli bir işdir.

İRNA-nın məlumatına əsasən, İran-Türkiyə iqtisadi əməkdaşlığının genişlənməsi ECO təşkilatına üzv iki ölkənin (İran və Türkiyə) ticarət dövriyyəsinin artırılması məqəsədilə həyata keçirilib. Mənbə qeyd edib ki, iki ölkə arasında müxtəlif maneələrin aradan qaldırılması ilə ticari əlaqələr daha da inkişaf edəcək. 

Xəbər lenti

Xəbər lenti