Cümə günü Türkiyə prezidenti Abdulla Gül yeni hökumətin tərkibini təsdiqləyib. Bu haqda Ankarada jurnalistlərə baş nazir Rəcəb Tayyib Ərdoğan məlumat verib.
Türkiyənin NTV kanalının xəbərinə görə, sabiq XİN başçısı Əli Babacan yeni hökumətdə iqtisadi məsələlərə cavabdehliyi daşıyan vəzifəni tutacaq.
Onun köhnə yerinə isə bu vaxtadək baş nazirin beynəlxalq məsələlər üzrə baş köməkçisi vəzifəsində çalışmış Əhməd Davudoğlu gətirilib.
Ərdoğanın sözlərinə görə, yeni hökumətdə əvvəlki tərkibə daxil olmayan doqquz nazir yer alıb.
Onların arasında baş nazirin müavini vəzifəsini tutacaq eks-spiker Bülənt Arınc da var.
Yeni hökumətdə öz postlarını 11 nazir qoruyub saxlaya bilib.