Qırğızıstanla sərhəddə yerləşən Özbəkistanın Əndican vilayətinin Xanabad şəhərində baş vermiş insident haqqında müəyyən məlumatlar aydın olub.
Qırğısıtanda xüsusi mənbələrin CA-News-dan verdiyi və təsdiqlənməsinə ehtiyac duyulan məlumata əsasən, mayin 25-dən 26-na keçən gecə 20 nəfərdən ibarət qrup Xanabad şəhərində Özbəkistan Milli Təhlükəsizlik Xidməti və Daxili İşlər İdarəsinin binasına hücum edib. Bəzi məlumatlara görə, partlayıcı istifadə olunub, digər məlumtlarda isə qumbaraatandan istifadə olunduğu bildirilir.
Milli Təhlükəsizlik Xidmətinin binası daha çox zərər çəkib. İlikin məlumatlara görə, hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı həlak olub.
Xatırladaq ki, mayın 25-dən 26-na keçən gecə Özbəkistanın Əndican vilayətinin şərq hissəsində yerləşən "Xanabad" gömrük məntəqəsində partlayış baş verib. Partlayışın səbəbi məlum deyil. Özbəkistanın rəsmi orqanları və KİV baş vermiş hadisə haqqında məlumat vermirlər.
Özbəkistan sərhədçiləri Qırğızıstanla sərhədi bağlayıblar.