Livanda üç nəfərin "Donuz qripi" kimi tanınan A/H1N1 virusuna yoluxma halı qeydə alınıb. Bu barədə tibbi mənbələrə istinadən Al Arabiyya saytı məlumat verib.
Bu, ərəb ölkələrində qripin aşkarlandığı ilk hadisədir. Əvvəllər virus Cənub-Şərqi Asiya, Avropa ölkələri və ABŞ-da aşkar olunub.