...

İran prezidentliyinə namizəd öz kabinetində yer verəcəyi qadın nazirin adını çəkdi

Dünya xəbərləri Materials 8 İyun 2009 15:33 (UTC +04:00)
İran prezidentliyinə namizəd öz kabinetində yer verəcəyi qadın nazirin adını çəkdi

"Mehdi Kərrubi prezident seçkilərində qalib gələcəyi halda nazir postuna Cəmilə Kadivarın namizədliyini irəli sürmək fikrindədir", - İranın Mehr informasiya agentliyi məlumat verib.

"Öz seçki kampaniyamın gedişində mən iranlı qadınların potensialından yararlanmağa söz vermişdim. Prezident olsam, parlamentdə nazirlik postuna Kadivarın namizədliyini irəli sürəcəyəm", - bazar ertəsi Kərrubi Təbriz Universitetindəki çıxışında deyib.

Cəmilə Kadivar siyasət elmləri doktorudur. Əvvəllər İran Parlamentində deputat və sabiq Prezident Xatəminin müşaviri olub. O, İranın sabiq mədəniyyət naziri Atalla Muhaciraninin həyat yoldaşıdır.

Kadivar mədəniyyət naziri postunu tutaraq, inqilabdan sonra İran tarixində ilk qadın nazir ola bilər.

İranda prezident seçkiləri iyunun 12-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti