...

Obama Misir və İsrailə Şərq barışığı üzrə yeni plan təqdim edib

Dünya xəbərləri Materials 9 İyun 2009 16:39 (UTC +04:00)

ABŞ Prezidenti Barak Obama Misir və İsrailə Fələstin-İsrail barışığı üzrə yeni plan təqdim edib. Planda iki il ərzində müstəqil Fələstin dövlətinin yaradılması bildirilir. Bu barədə "əş-Şərq əl-Övsət" qəzeti çərşənbə axşamı bildirib.

Obama planı ötən ay Vaşinqtona səfər edən İsrailin Baş naziri Benyamin Netanyahuya təqdim edib, qəzet yazır. Obamanın planına əsasən, Yaxın Şərqdə 2011-ci ildə sülh əldə olunacaq və müstəqil Fələstin dövləti yaradılacaq.

Obamanın planı keçən həftə Qahirədəki nitqindən etibarən ay ərzində açıqlanacaq. Obama Misirə səfəri çərçivəsində Misir kəşfiyyatının başçısı Ömər Süleyman və xarici işlər naziri Əhməd Əbu Qeyt ilə birlikdə planı diqqətlə nəzərdən keçirib. Misir gələcəkdə qəti cavabını verməlidir.

Xəbər lenti

Xəbər lenti