"İran XİN-dən bildirilib ki, iranlı diplomatlar ABŞ-ın müstəqillik günündə iştirak etmək üçün dəvət alsalar, bu təklifi nəzərdən keçirəcəklər", - İranın İRNA informasiya agentliyi məlumat verir.
İRNA-nın xəbərinə görə, ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsi İranın Bakıdakı səfirini Müstəqillik günü bayramına dəvət etmək niyyətindədir. İranlı diplomatları dəvət etmək tapşırığı bütün diplomatik missiyalara verilib.
ABŞ-ın Müstəqillik günü iyulun 4-də qeyd olunur.