...

İranda "The Washington Times"-ın jurnalisti həbs olunub

Dünya xəbərləri Materials 23 İyun 2009 17:20 (UTC +04:00)

"İranda ABŞ-ın "The Washington Times" qəzetinin jurnalisti həbs olunub", - Fars News agentliyi İran Mədəniyyət Nazirliyinin xarici mətbuat üzrə rəhbəri Möhsün Müqəddəszadəyə istinadən xəbər verir.

Onun sözlərinə görə, həbs olunan jurnalist milliyyətcə yunandır.

İyunun 12-də keçirilən prezident seçkilərindən sonra Tehranda baş verən kütləvi iğtişaşların başlandığı gündən etibarən İranda həbs olunmuş jurnalistlərin sayı 33 nəfərə çatıb.

İslam Respublikasının qurulmasından ötən 30 il ərzində ən güclü həyəcanlar İranda iyunun 12-də keçirilmiş prezident seçkilərindən sonra ortaya çıxıb. Məğlub olmuş namizədlərdən biri - islahatçı Mir Hüseyn Musəvi hökuməti seçkilərin nəticələrini saxtalaşdırmaqda ittiham edib və xalqı etiraz aksiyasına çağırıb.

Bu dövr ərzində bir sıra beynəlxalq KİV-lərin nümayəndələri ölkədən çıxarılıb, bir sıra xəbər internet-saytlarına giriş bağlanıb.

Xəbər lenti

Xəbər lenti