...

Böyük Britaniya İsrailə hərbi tədarüklə bağlı məhdudiyyət tətbiq edəcək

Dünya xəbərləri Materials 13 İyul 2009 12:52 (UTC +04:00)
Böyük Britaniya İsrailə hərbi tədarüklə bağlı məhdudiyyət tətbiq edəcək

Böyük Britaniya yanvar ayında Qəzza sektorunda sonuncu "Ərdilmiş qurğuşun" hərbi əməliyyatlarında istifadə edilən bir neçə növ silahın İsrailə gətirilməsinə qarşı qismən embarqo qoyub. Bu barədə "Qaarets" qəzeti xəbər verir.

Böyük Britaniyan Xarici İşlər Nazirliyi İsrailin Londondakı səfirliyinə sanksiyaların tətbiq edilməsi haqqında bir neçə gün bundan əvvəl məlumat verib. Məlumatda deyilir ki, qərar parlament üzvlərinin və hüquq-mühafizə təşkilatlarının təzyiqindən sonra qəbul edilib. 

Britaniya İsrailə hərbi tədarüklə bağlı ölkənin dəniz qüvvələri üçün 35 lisenziya daxil olmaqla, 182 lisenziyanı yenidən nəzərdən keçirmək niyyətindədir. Ölkə həmçinin beş hərbi gəminin gətirilməsinə də qadağa qoyub.

Böyük Britaniyan XİN-in bəyanatında deyilir ki, hərbi gəmilərə embarqo onların Qəzza sektorundakı 1400 fələstinlinin həlak olduğu əməliiyatlarda istifadəsindən sonra qoyulub. Sənəddə deyilir ki, Böyük Britaniya İsrail ilə zorakılıq məqsədinə xidmət edən hərbi müqavilənin istifadəsinə qarşıdır.

Ötən həftə Böyük Britaniya XİN-i və Müdafiə Nazirliyi İsrailə hərbi dəniz tədarükünün dayandırılması haqqında əsas şirkətlərinə rəsmi xəbərdarlıq göndərib.

Qismən hərbi embarqo haqqında qərar Amnesty International beynəlxalq hüquq mühafizə təşkilatının Britaniya silahlarından Qəzzadakı hərbi əməliyyatlarda istifadə edilməsi barədə dərc etdiyi məruzədən sonra qəbul edilib.  

Xəbər lenti

Xəbər lenti