...

Türkiyə-Ermənistan əlaqələrində geriyə addım olmaması üçün birgə çalışırıq - Türkiyə Prezidenti

Dünya xəbərləri Materials 15 Oktyabr 2009 09:59 (UTC +04:00)

Türkiyə Prezidenti Abdullah Gül oktyabrın 12-də Bursaya Türkiyə-Ermənistan futbol matçını izləmək üçün gələn erməni həmkarı ilə görüşdən sonra verdiyi açıqlamada Türkiyə-Ermənistan əlaqələrində geriyə addım olmaması  üçün erməni həmkarı ilə birgə çalışdıqlarını bildirib. Bu haqda Türkiyənin ANADOLU agentliyi məlumat verib.

"Türkiyə-Ermənistan əlaqələrində geriyə addım olmaması üçün birgə çalışırıq", - deyə Gül bildirib.

TREND NEWS- un arayışı :Türkiyə Prezidenti Abdullah Gül ölkənin Bursa şəhərində Türkiyə-Ermənistan futbol matçını izləmək üçün gələn Ermənistan Prezidenti Serj Sarkisyanla görüşüb. Bursaya futbol matçını izləməyə gələn Ermənistan Prezidenti Sarkisyanı Türkiyənin XİN başçısı Əhməd Davudoğlu qarşılayıb. Telekanalın verdiyi məlumata görə, Türkiyə Prezidenti erməni həmkarının şərəfinə ziyafət verib. Ziyafətdən sonra ölkə rəsmiləri futbol matçını izləmək üçün Bursadakı Atatürk stadionuna yollanıblar. Abdullah Gül görüşmələrə münasibət bildirərək tarix yazmadıqlarını, tarix yaratdıqlarını bildirib.

Türkiyə-Ermənistan futbol matçı 2 :0 hesabı ilə Türkiyə komandasının xeyrinə bitib.

Gül onu da bildirib ki, ölkəsi son iki il müddətində Ermənistanla əlaqələrin normallaşması üçün xeyli uğurlu addımlar atıb.

Xəbər lenti

Xəbər lenti