...

Osetiya tərəfi beş gürcünü sərbəst buraxıb

Dünya xəbərləri Materials 29 Oktyabr 2009 20:12 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 29 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Osetiya separatçıları beş gürcünü sərbəst buraxıblar. Onlar dünən Cənubi Osetiya inzibati sərhədlərini qanunsuz pozmaqda ittiham edilərək saxlanılıblar.

Sxinvalidə sərbəst buraxılan gürcülar yaxınlarına bildiriblər ki, onlar artıq gürcülərin nəzarətində olan ərazilərə doğru yola düşüblər.

Çərşənbə günü Osetiya və Gürcüstan arasında görüş təşkil edən Aİ monitorları gürcülərin sərbəst buraxılmasında iştirak ediblər.

Sxinvalidə hələ də 16 gürcü saxılanılır. Onlar da sərhədləri qanunsuz pozduqlarına və meşəni qanunsuz qırdıqlarına görə saxlanılıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti