...

İranda fikir azadlığı cinayətdir - Amnesty International

Dünya xəbərləri Materials 30 Oktyabr 2009 14:55 (UTC +04:00)
İranda hakim rejimin siyasətilə üst-üstə düşməyən fərqli düşünsə tərzi və öz fikirlərini ifadə etmək cinayət hesab olunur, həmin şəxslər qanunla cəzalandırılır. Bu haqda "Amnesty International"ın rəsmi saytında məlumat verilir.
İranda fikir azadlığı cinayətdir - Amnesty International

Azərbaycan, Bakı, 30 oktyabr / Trend , müxbir T.Konyayeva/

İranda hakim rejimin siyasətilə üst-üstə düşməyən fərqli düşünsə tərzi və öz fikirlərini ifadə etmək cinayət hesab olunur, həmin şəxslər qanunla cəzalandırılır. Bu haqda "Amnesty International"ın rəsmi saytında məlumat verilir.

"Ayətullah Əli Xamneyi iyundakı prezident seçkilərinin nəticələrini tənqid etməyin cinayət olduğunu deyib. Bu, insanların fikirlərini azad ifadə etmələrinə və baş verən siyasi proseslərə etiraz etmələrinə görə cinayət məsuliyyətinə cəlb olunmalarına cəhd etməkdir. "Amnesty International"ın Yaxın Şərq və Şimali Afrika proqramları üzrə direktoru Malkolm Smart deyib.

Ali dini rəhbərin bəyanatı alimlərlə Tehranda keçirdiyi görüş zamanı dövlət televiziyası ilə yayımlanıb.

Məlumatda həmçinin o da deyilir ki, "Amnesty International" ayətullahı iyundakı prezident seçkilərinin nəticələrini tənqid etməyin cinayət olduğunu bildirdiyi bəyanatını geri götürməyə çağırır.

"Seçkilərin nəticələrini ləğv etmək üçün İran hökuməti insan hüquqlarının pozulmasını davam etdirəcək. Onlar öz xalqını susmağa və onları qorxutmağa cəhd edəcəklər", - məlumatda deyilir.

İyunin 12-də keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə qarşı əhalinin keçirdiyi etiraz aksiyaları bütün ölkədə polislə toqquşmalara səbəb olub. Onlarla insan Bəsic nümayəndələri və digər hökumət qüvvələri tərəfindən qətlə yetirilib, minlərlə insan həbs olunub. Onların çoxu həbsxanalarda işgəncələrə məruz qalıb və daha çox sayda insan məhkəmə qarşısına çıxarılıb.

"Amnesty International" belə "səciyyəvi proseslər"i "ədaləti ələ salmaq" adlandırıb.

"Seçkiyə aid fikirlərini azad şəkildə ifadə edənlərin hamısı dərhal və qeyd-şərtsiz azad olunmalıdırlar. Həmçinin həbsdə olanlara qarşı işgəncələrə son qoyulmalıdır", - məlumatda deyilir.

"Amnesty International" İran hökumətini Britaniya səfirliyinin əməkdaşı Hüseyn Rəssama oxunan məhkəmə qərarını da ləğv etməyə çağırır.

Britaniyanın Tehrandakı səfirliyinin baş siyası analitiki Rəssam səfirliyin sonradan azadlığa buraxılmış digər səkkiz yerli əməkdaşı ilə birlikdə həbs olunmuşdu və iyundakı prezident seçkilərindən sonra "zorakılığa təhrik etmə"kdə günahlandırılmışdı.

Bu günədək onun vəkili rəsmi qərar haqqında məlumat verməyib. Amma əgər qərar təsdiq olunarsa, onun qərara etiraz etmək hüququ var.

Təşkilatın məlumatına əsasən, Rəssamın işi insan haqlarının pozulduğu bir çox hallardan biridir. İğtişaşlarla əlaqədar ən azı 20, bəlkə də 60-dan çox hökm oxunub, o cümlədən ən azı dörd ölüm hökmü verilib.

"İran hakimiyyəti ədalətsiz "səciyyəvi proseslər"dən sonra oxunan bütün hökümləri ləğv etməlidir. Azdlıqdan məhrum edilmiş Rəssam da bu yaxınlarda beş il yarım və altı il müddətinə azadlıqdan məhrum edilmiş jurnalistlər Əli Rza Eşqari və Məsud Bastani ilə bir sırada olacaq", - Smart deyib.

Bəyanatda o da deyilir ki, İran hökuməti saxlanılan şəxslərin sübut olunmuş cinayətləri üzrə isə ədalətli məhkəmələrin keçirilməsini təmin etməlidir.

Xəbər lenti

Xəbər lenti